Forum
Forum - Genel bakış
=> Daha kayıt olmadın mı?
Nizami Cinema Center (Nizami kino Mərkəzi Zal 1,Zal 2,Zal 3, Zal VİP)
Burdasın: Forum |
Sınıf | Postalar | Son kayıt: |
Nizami Cinema Azərbaycan kino sahəsində zəngin ənənələrə malikdir. Film istehsalı ilə yanaşı - ilk filmlər 1898-ci ildə çəkilmişdir - kinoteatr mədəniyyəti də inkişaf etmişdir. XX əsrin birinci yarısında başlayaraq hər yaşda olan Bakı sakinləri üçün kinoteatrlar ən sevimli istirahət yeri olmuşdur. Keçən əsrin sonu və 21-ci əsrin əvvəlinci illərində yaranmış fasilədən sonra kinoteatrlar əvvəlki nüfuzunu qaytarmağa başlamışlar.\nSoyuq qış axşamında və ya isti yay günündə sevgilinlə xoş hisslərini harada paylaşa bilərsən? Cavab məlumdur – Nizami Kino Mərkəzində!\nNizami Kino Mərkəzi sizləri dostlarınız və yaxınlarınızla birlikdə kinoya baxmağa, ən gözəl restoranlardan birində istirahət etməyə, kafe-klubda çay masası arxasında görüşməyə və ya sadəcə klassik və müasir üslubu özündə birləşdirən interyerdən zövq almağa dəvət edir.\nBiz sizi hər gün saat 12:00dan 23:00a kimi gözləyirik. | 0 | - |
Zal 1 Zal 1: Kinomərkəzin böyük zalında 500 yer vardır. Cənubi Qafqazda ən böyük ekran (18x8) böyük zalın əsl yaraşığıdır. Dolby Digital 7+1 akustik sistem, Almaniya və Yaponiyadan gətirilən avadanlıqlar sizə ekranda baş verənlərin mərkəzində olmaq hissini yaşadacaq. Zal 3D formatlı filmləri izləmək üçün lazımi avadanlıqlarla təchiz olunub. | 0 | - |
Zal 2 Zal2: Birinci mərtəbədə yerləşən 80 yerlik zal uzunu 6 m, eni 2.5 metrlk ekran, həmçinin Dolby Digital 7+1 akustik sistemi ilə təchiz olunub. Burada 3D formatlı filmləri də izləmək üçün avadanlıqlar quraşdırılıb. | 0 | - |
Zal 3 Zal3: irinci mərtəbədə yerləşən 50 yerlik zal uzunu 5.7 m, eni 2.2 m olan ekran, həmçinin Dolby Digital 7+1 akustik sistemi ilə təchiz olunub. | 0 | - |
Zal VİP Zal VİP: Kinomərkəzdə 24 yerlik VİP zalın olması dəbdəbəni və özəl seyrə üstünlük verən imkanlı müştərilər üçündür. VİP zalda ekran 5.7x2.7 ölçülərinə malikdir, Dolby Digital 7+1 akustik systemi vardır. Zaldakı oturacaqlar çoxfunksiyalı ortopedik imkanlara malik xüsusi hazırlanmış oturacaqlardır. | 0 | - |
Haqqımızda \"2008-2018-ci illərdə Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramı\"na əsasən 27 dekabr 2011-ci il tarixdə böyük yenidən qurma işlərindən sonra ölkənin ən qədim kinoteatrlarından olan \"Nizami\"nin təntənəli açılışı oldu. Təmirdən sonra kinoteatra Kino Mərkəz statusu verildi, burada dünya kinosunun ən maraqlı yeni filmlərini əhatə edən cari repertuar filımləri ilə yanaşı milli filmlərin təqdimatları, xarici ölkələrin Kino günləri və Kino həftələri keçirilməyə başlamışdır. Gələcəkdə isə bir çox maraqlı tədbirlərin keçirilməsi planlaşdırılır. Bu gün Nizami Kino Mərkəzi Azərbaycanda və Cənubi Qafqazda ən böyük kino nümayişi müəssisəsidir. Kinoteatrda 50, 80, 500 yerlik 3 zal, həmçinin 24 yerlik VİP zal xidmət göstərir. Ən böyük zalda eni 18m olan ekran yerləşdirilib. Kino Mərkəzində həmçinin milli və avropa mətbəxinin ləziz yeməklərini təklif edən 250 nəfərlik restoran, kafe-klub, konfrans zalı və s. var. | 0 | - |
Bütün konular: 0
Bütün postalar: 0
Bütün kullanıcılar: 2
Şu anda Online olan (kayıtlı) kullanıcılar: Hiçkimse
