MILLI QISAMETRAJLI FILMLƏR NÜMAYIŞ OLUNACAQ

Sentyabrın 14-dən Nizami Kino Mərkəzində ilk dəfə olaraq yeni milli qısametrajlı bədii filmlərin nümayişinə başlanacaq.
Mərkəzdən AzərTAc-a bildiriblər ki, sentyabrın 30-dək davam edəcək nümayişlər zamanı kino həvəskarlarına “Koramal”, “Ağ qan”, “Nəfəs” və digər qısametrajlı filmlər təqdim olunacaq.
Bu ekran əsərləri bir sıra beynəlxalq kino festivallarının qalibi və iştirakçısı olub.